Çinin Çinxay əyalətində 5,6 bal gücündə zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 30 min insanın yaşadığı Nağçu şəhərindən 204 km aralıda olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.