Modern.az

Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR

Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR

Dünya

15 Avqust 2022, 10:21

Ukraynada müharibə başlayandan indiyədək Rusiya ordusunun 43 min 750 hərbçisi məhv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün məlumat yayıb.

 

Rusiyanın digər döyüş itkiləri 1876 tank, 4141 zirehli döyüş maşını, 985 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 136 hava hücumundan müdafiə sistemi, 233 təyyarə, 195 helikopter, 787 PUA, 187 qanadlı raket, 15 gəmi, 3036 avtomobil texnikası və avtosistern, 92 xüsusi texnikadan ibarətdir.

 

Xatırladaq ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi