“Zaporojye” Atom Elektrik Stansiyasında (AES) qəza baş verərsə, Zaporojye və Dnepropetrovsk vilayətlərindən 400 mindən çox insan məcburi təxliyə ediləcək.
Modern.az xəbər verir ki, bu barədə Zaporojye Vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksandr Staruxa bildirib.
“Əgər biz “Enerhadar” AES-də baş vermiş qəza nəticəsində yarana biləcək 50 kilometrlik məcburi evakuasiya zonasını götürsək, o zaman bu, bizim regionda 200 mindən çox, qonşu Dnepropetrovsk vilayətində isə 200 mindən azdır”, - deyən A.Staruxın sözlərinə görə, belə hadisə baş verəcəyi təqdirdə Nikopol, Marqanets, Enerhodar, Vasilyevka, Dneprorud və digər yaşayış məntəqələrinin sakinləri təxliyə olunacaq.