Yaponiya Moldovaya 7,4 milyon dollar yardım ayıracaq.
Modern.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Vəsait Ukraynadan gələn qaçqınlara xidmət etmək üçün istifadə olunacaq. Pul əsasən tibb xidmətlərinə yönəldiləcək.
Yardım paketinin bir hissəsi olaraq, Moldova ventilyatorlar və yeni diaqnostik avadanlıqlarla təmin ediləcək.
Akif İsmatılov