Modern.az

Sel 20 nəfərin həyatına son qoydu

Sel 20 nəfərin həyatına son qoydu

21 Avqust 2022, 20:14

Əfqanıstanın paytaxtı Kabil yaxınlığındakı Loqar vilayətində sel fəlakəti nəticəsində 20 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Taliban nümayəndələri məlumat yayıb.

 

Taliban rəsmiləri ötən gün 32 nəfərin yaralandığını, 4 nəfərdən isə hələ də xəbər olmadığını bildirib.

 

Qeyd olunub ki, sel nəticəsində 3 mindən çox evə ziyan dəyib. Ümumilikdə son bir ayda ölkə daxilində baş verən daşqınlarda 165 nəfər ölüb.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza