Modern.az

Məscidin damı uçdu - 15 ölü, 70 yaralı var

Məscidin damı uçdu - 15 ölü, 70 yaralı var

Dünya

23 Avqust 2022, 19:56

Pakistanın Sind əyalətində bir neçə gündür davam edən güclü yağışlar nəticəsində məscidin damı uçub.

 

Modern.az Pakistan mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər ölüb, 70 nəfər yaralanıb.

 

Güclü yağış məscidin dayaq konstruksiyalarını sıradan çıxarıb.

 

Qeyd edək ki, iki aydır davam edən yağış Pakistanda 820 nəfərin həyatına son qoyub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi