Modern.az

Pakistana səhvən raket atan zabitlər işdən çıxarıldı

Pakistana səhvən raket atan zabitlər işdən çıxarıldı

Dünya

24 Avqust 2022, 15:04

Hindistan hökuməti Pakistana səhvən raket zərbələrinin endirilməsinə görə 3 yüksək vəzifəli məmuru işdən kənarlaşdırıb.

 

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

Araşdırma nəticəsində həmin zabitlər tərəfindən müəyyən edilib ki, standart əməliyyat prosedurundan yayınma "BrahMos" raketinin təsadüfən atılmasına səbəb olub. Hadisə ilə əlaqədar Pakistan Hindistana etiraz notası verib.

 

Buna cavab olaraq, Hindistan hökuməti ölkənin hərbi hava qüvvələrinin 3 yüksək vəzifəli əməkdaşını vəzifələrindən azad edib və onların yanlışlığa yol verdiyi rəsmən etiraf olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi