Modern.az

Daha bir ölkə “Bayraktar” almaq İSTƏYİR 

Daha bir ölkə “Bayraktar” almaq İSTƏYİR 

Dünya

1 Sentyabr 2022, 18:31

Rumıniya Türkiyənin "Baykar" şirkətindən 18 ədəd "Bayraktar" zərbə tipli pilotsuz uçuş aparatları (PUA) almağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, PUA-ların alınması ilə bağlı müqavilə bu il imzalana bilər.

 

Qanuna əsasən, 300 milyon dollar dəyərində olan müqavilənin imzalanması üçün Rumıniya parlamenti razılıq verməlidir. 

 

Qeyd edək ki, Azərbaycan Ordusunun da istifadə etdiyi "Bayraktar TB2" PUA-ları Türkiyə tərəfindən 30-a yaxın ölkəyə ixrac edilib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu