Modern.az

MAQATE-nin iki əməkdaşı Zaporojyedə daimi qalacaq

MAQATE-nin iki əməkdaşı Zaporojyedə daimi qalacaq

Dünya

5 Sentyabr 2022, 18:21

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) dörd nümayəndəsi sentyabrın 5-də Zaporojye atom elektrik stansiyasını tərk edib.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, təşkilatın iki mütəxəssisi obyektdə daimi yerləşəcək və orada işləyəcək.

 

Qeyd edək ki, MAQATE-nin missiyası sentyabrın 1-dən Zaporojyeyə gəlib. Həmin gün missiyanın böyük hissəsi atom elektrik stansiyasının ərazisini tərk edib.

 

Xatırladaq ki, Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye martın 4-dən rus əsgərlərinin nəzarətindədir.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi