Modern.az

KTMT qılıncını hələ qınından çıxarmayıb - Rus general 

KTMT qılıncını hələ qınından çıxarmayıb - Rus general 

Dünya

17 Sentyabr 2022, 20:26

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan arasında gərginliyi sülh yolu ilə həll etməyə çalışır.

 

Modern.az xəbər verir ki, bunu təşkilatın Ermənistandakı monitorinq qrupunun rəhbəri, general-polkovnik Anatoli Sidorov bildirib.

 

"KTMT qılıncını hələ ki qınından çıxarmayıb. Təşkilat Ermənistanla Azərbaycan, eləcə də Qırğızıstan və Tacikistan sərhədlərində gərginliyin kəskinləşməsini sülh yolu ilə həll etməyə çalışır", - rus general deyib.

 

Qeyd edək ki, Sidorovun rəhbərlik etdiyi qrup Ermənistan-Azərbaycan sərhədində monitorinq aparıb.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir