Modern.az

Zelenski Səudiyyə kralına təşəkkür etdi 

Zelenski Səudiyyə kralına təşəkkür etdi 

22 Sentyabr 2022, 22:25

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. 

 

Modern.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

 

Zelenski Səudiyyə şahzadəsinə hərbi əsirlərin mübadiləsində göstərdiyi səylərə görə minnətdarlığını bildirib və krallığın bu prosesdə əsas rolunu qeyd edib. 

 

Salman Əl Səud ölkəsinin Ukrayna münaqişəsinin bütün tərəfləri arasında vasitəçi kimi səy göstərməyə hazır olduğunu bəyan edib.

 

Zelenski Ukraynanın enerji təhlükəsizliyi, müharibədən sonrakı yenidənqurma və birgə investisiya layihələrini də müzakirə etdiklərini açıqlayıb.

 

Rusiya ilə Ukrayna arasında sonuncu əsir mübadiləsi sentyabrın 21-də baş tutub. Rusiyaya 55 nəfər, o cümlədən prezident Vladimir Putinin xaç atası adlandırılan Viktor Medvedçuk geri qaytarılıb. Ukrayna tərəfi isə 215 hərbi qulluqçunu, eləcə də Azov alayının döyüşçülərini azad edib.

 

Akif İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı