Modern.az

Sabiq məmur rüşvətə görə edam ediləcək

Sabiq məmur rüşvətə görə edam ediləcək

23 Sentyabr 2022, 11:14

Çinin ictimai təhlükəsizlik nazirinin keçmiş müavini Sun Licün edam cəzasına məhkum edilib.

 

Modern.az xəbər verir ki, məhkəmədə sabiq məmurun külli miqdarda rüşvət alması, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək maliyyə bazarlarını manipulyasiya etməsi və odlu silah gəzdirməsi ittihamları sübuta yetirilib.

 

Qərara əsasən, edam cəzası 2 il sonra icra olunacaq.

 

Məlumata görə, dövlət ittihamçıları sabiq nazir müavininin 2001-2020-ci illərdə Şanxay meriyasında və İctimai Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə çalışarkən rüşvət müqabilində ayrı-ayrı şəxslərin biznes fəaliyyəti və işə düzəlmələri üçün qeyri-qanuni dəstək göstərməsinə dair dəlilər təqdim ediblər.

 

Sun Licün cinayət əməllərini etiraf edib və peşman olduğunu deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü