Modern.az

Çavuşoğlu gürcü həmkarı ilə görüşüb

Çavuşoğlu gürcü həmkarı ilə görüşüb

Dünya

23 Sentyabr 2022, 20:11

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda gürcü həmkarı İliya Darçiaşvili ilə görüşüb.

 

Modern.az xəbər verir ki, məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.

 

Görüş BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutub.

 

Nazirlər iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri, yüksək səviyyəli qarşılıqlı səfərlər və onların nəticələrini müzakirə ediblər.

 

Bundan əlavə, tərəflər regionda mövcud təhlükəsizlik mühitini nəzərdən keçirib və regionun davamlı inkişafı üçün sabitlik və sülhün vacibliyini vurğulayıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır