Modern.az

Daha bir ölkə "Bayraktar" aldı

Daha bir ölkə

Dünya

23 Sentyabr 2022, 20:40

Türkiyənin "Baykar" şirkəti bu ay Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) "Bayraktar TB2" zərbə PUA-larını tədarük edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Türkiyədəki mənbələrinə istinadən məlumat yayıb.

 

Agentlik bildirir ki, BƏƏ-yə ilkin olaraq 20 PUA təhvil verilib. Tədarüklərin davam edəcəyi deyilir.

 

Qeyd olunub ki, BƏƏ ilə yanaşı, Səudiyyə Ərəbistanı da Türkiyə PUA-ları ilə maraqlanır. Məlumata görə, rəsmi Ər-Riyad Türkiyə PUA-ları üçün yerli fabrik qurmaq istəyir.

 

Şirkətin icraçı direktoru Haluk Bayraktar ötən ay "Baykar"ın TB2 üçün 22 ölkə ilə ixrac müqaviləsi imzaladığını vurğulayıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu