Modern.az

Qazaxıstana gedən rusların sayı kəskin ARTIB

Qazaxıstana gedən rusların sayı kəskin ARTIB

Dünya

23 Sentyabr 2022, 20:58

Bu il Qazaxıstan ərazisinə təxminən 1,66 milyon Rusiya vətəndaşı daxil olub. 

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin miqrasiya xidməti komitəsinin sədri vəzifəsini icra edən Aslan Atalıkov məlumat verib.

 
"Onların ölkədə müvəqqəti qalmaları nəzərə alınır. Hər birində pasport məlumatları, giriş tarixləri və onlar haqqında ətraflı məlumat var. Miqrasiya prosesləri izlənilir", - deyə o qeyd edib.
 
 
Ümumilikdə ölkəyə 4.1 milyon əcnəbinin gəldiyi bildirilir.
 

Məlumata görə, Rusiyada qismən səfərbərlik elan ediləndən sonra Qazaxıstana üz tutan rusların sayında kəskin artım müşahidə edilir.
 
 
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin (Rusiya, Ermənistan, Belarus, Qırğızıstan) vətəndaşları üçün Qazaxıstanda qalma müddəti 90 günə qədərdir.
 
 
Akif İsmayılov
Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu