Modern.az

Pakistanda yüzlərlə uşaq yağışdan ÖLÜB

Pakistanda yüzlərlə uşaq yağışdan ÖLÜB

Dünya

23 Sentyabr 2022, 22:59

İyunun 14-dən bəri davam edən yağışlar nəticəsində Pakistanda 579-u uşaq və 325-i qadın olmaqla 1606 nəfər ölüb, 12 863 nəfər isə yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistan Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

 

Yağışlar nəticəsində 2 milyon 16 min 25 evə ziyan dəyib, onlardan 805 mini tamamilə dağılıb.

 

Daşqınlar zamanı ümumilikdə 13 min 74 kilometr yol, 392 körpü dağılıb, 1 milyon 67 min 241 təsərrüfat heyvanı tələf olub. Yağışlardan 33,4 milyon insan zərər çəkib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü