Modern.az

Blinken Çinə xəbərdarlıq etdi

Blinken Çinə xəbərdarlıq etdi

23 Sentyabr 2022, 23:21

ABŞ Dövlət katibi Entoni Blinken Nyu-Yorkda Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Görüş Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində baş tutub. 90 dəqiqəlik görüş zamanı müzakirələrin diqqət mərkəzində Tayvan mövzusu olub. 

 

Blinken, həmçinin Rusiyaya maddi dəstək verməməsi və ya sanksiyalardan yayınmaqda kömək etməməsi barədə Çinə xəbərdarlıq edib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı