Modern.az

Qarabağda sülhməramlı məsələsi öz həllini tapmalıdır - Ərdoğanın sözçüsü

Qarabağda sülhməramlı məsələsi öz həllini tapmalıdır - Ərdoğanın sözçüsü

23 Sentyabr 2022, 23:24

Ümid edirik ki, Ermənistanın təxribatları yeni müharibəyə çevrilməyəcək.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib.

 

Onun sözlərinə görə, hər iki tərəfin məsələlərin yenidən danışıqlar yolu ilə həll edilməsi üçün iradəsi var.

 

“Əsas problem budur ki, 44 günlük müharibədən sonra atəşkəs sazişi imzalanıb, amma sülh sazişi yoxdur. İndi bu istiqamətdə müzakirələr davam edir. Bu, təbii ki, hərtərəfli sazişdir. İki dövlətin münasibətləri normallaşma üçün addımları, sərhədləri, sərhədlərin təhlükəsizliyi, dəhlizi, Azərbaycan ərazisində qalan ermənilərin vəziyyətini müəyyən edəcək bir sənəd olacaq. Bu sazişin imzalanması Qafqazda sülh və sabitliyin bərqərar olmasında kritik rol oynayacaq”, - deyə Ərdoğanın sözçüsü qeyd edib.

 

İbrahim Kalın vurğulayıb ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları məsələsi də öz həllini tapmalıdır və imzalanacaq saziş bu məsələni də əhatə edir.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir