Modern.az

“Fiona” 500 min nəfəri işıqsız qoydu

“Fiona” 500 min nəfəri işıqsız qoydu

Dünya

24 Sentyabr 2022, 20:05

Kanadanın Yeni Şotlandiya əyalətində “Fiona” qasırğası infrastruktura böyük ziyan vurub.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, leysan yağışları və güclü küləklə müşayiət olunan qasırğa 500 minə yaxın sakini işıqsız qoyub.

 

Yeni Şotlandiyanın hakimiyyət orqanları əhaliyə xəbərdarlıq ünvanlayaraq yaxın 72 saat üçün ərzaq ehtiyatı görməyə, gəzintilərdən çəkinməyə çağırıb. 

 

Qasırğanın gücünün nisbətən azalmasına baxmayaraq, meteoroloqlar leysan yağışların və şiddətli küləyin hələ bir müddət davam edəcəyini bildirirlər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi