Modern.az

Qazaxıstanla sərhəddə səyyar komissarlıq yaradılıb

Qazaxıstanla sərhəddə səyyar komissarlıq yaradılıb

Dünya

29 Sentyabr 2022, 13:20

Rusiyanın Saratov vilayətinin Qazaxıstanla sərhəddə yerləşən Ozinski rayonunda hərbi komissarlığın mobil stansiyası işə salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə vilayət administirasiyasının mətbuat xidməti məlumat yayıb.

 

"Rusiya və Qazaxıstan sərhədi yaxınlığında yerləşən Ozinski rayonunda səfərbərliyə çağrılan rayon sakinlərinə çağırış vərəqələrinin təhvil verilməsi təşkil edilib. Ozinki sərhəd-keçid məntəqəsində mobil hərbi komissarlıq işə başlayıb", - məlumatda deyilir.

 

Qeyd edək ki, Saratov vilayəti ilə Qazaxıstan arasındakı sərhədin ümumi uzunluğu təxminən 500 km-dir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu