Modern.az

İranın bu əyalətində 120 nəfər saxlanılıb

İranın bu əyalətində 120 nəfər saxlanılıb

29 Sentyabr 2022, 14:10

İranın Loristan əyalətində Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərdə 120 nəfər saxlanılıb.

 

Modern.az xəbər verir ki, bunu əyalətin baş prokuroru Məhəmməd Rezm Tehranda nümayişlərdə həyatını itirən Loristan mühafizəçisi Ferid Kerempurun ailəsini ziyarəti zamanı deyib. 

 

"Bu insanlar qanun qarşısında lazımi cəzalarını alacaqlar. Onların bundan əvvəl də bir çox cinayətləri olub", - deyə o, vurğulayıb. 

 

Qeyd edək ki, Əmininin ölümündən sonra ölkə daxilində başlayan nümayişlər zamanı Gilan əyalətində 739, Mazandaran əyalətində 450, İlam şəhərində 180 nəfərin saxlandığı açıqlanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir