Modern.az

İrandakı aksiyalarda SEPAH və \"Bəsic\"in 32 əməkdaşı ÖLDÜRÜLÜB

İrandakı aksiyalarda SEPAH və \

1 Oktyabr 2022, 15:46

İran İnqilab Keşikçiləri Ordusu (SEPAH) bəyan edib ki, dünən Sistan-Bəllucistan əyalətinin mərkəzi Zahedan şəhərində keçirilən kütləvi etiraz aksiyası zamanı üç SEPAH əməkdaşı öldürülüb.

Modern.az xəbər verir ki, “Mehr” agentliyinin məlumatına görə, insident zamanı öldürülən SEPAH-çılar Seyid Həmid Rza Haşimi, Məhəmməd Əmin Azər Şokr və Məhəmməd Əmin Arefi adlı təhlükəsizlik əməkdaşlarıdır.
 

İrandakı etirazlarda SEPAH və "Bəsic" (yarımhərbi könüllü polis təşkilatı) qüvvələrinin itkilərinin sayının 32 olduğu bildirilir.


İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Salman bazası şənbə günü verdiyi açıqlamada Zahedandakı insidenti pisləyərək, etirazçılara qətiyyətlə cavab verəcəyini bildirib.


Sistan və Bəlucistan valisi dünən gecəki hadisədə 19 nəfərin həyatını itirdiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?