Modern.az

Fransa Ukraynaya əlavə Sezar”lar göndərəcək 

Fransa Ukraynaya əlavə “Sezar”lar göndərəcək 

1 Oktyabr 2022, 18:33

Fransa Ukraynaya daha 6-12 ədəd "Sezar" özüyeriyən artilleriya qurğusu təhvil verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.

 

Silahlar Danimarka üçün nəzərdə tutulsa da, üç ölkə onların Ukraynaya verilməsi barədə ilkin razılıq əldə edib. Nəşr bildirir ki, yekun razılaşma ilə bağlı danışıqlar davam edir.

 

Qəzet Fransa prezidenti Emmanuel Makronun Ukrayna prezidenti Volodimir Zelenski və Danimarkanın baş naziri Mette Frederiksen ilə son həftələrdə bu mövzunu müzakirə etdiyini qeyd edib.

 

Ümumilikdə isə Paris artıq Fransanın “Nexter” şirkətinin istehsalı olan 18 ədəd "Sezar" sistemini Kiyevə çatdırıb.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir