Modern.az

Polşa Belarusla sərhəddə divar tikintisini başa çatdırdı

Polşa Belarusla sərhəddə divar tikintisini başa çatdırdı

1 Oktyabr 2022, 21:57

Polşa Belarusla sərhəddə qoruyucu divarın tikintisini başa çatdırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa xüsusi xidmət orqanlarının işini koordinasiya edən nazirin mətbuat katibi Stanislav Zarin "Twitter" hesabında məlumat yayıb.

 

Divarın tikintisinə yanvarın 25-də başlanılıb.

 

Zarinin sözlərinə görə, Polşa sərhədi Avropada ən yaxşı qorunan sərhəddir:

 

“Polşa Belarusla sərhəddə qoruyucu maneənin tikintisini başa çatdırıb. Polşaya qanunsuz daxil olmaq mümkün deyil. Bu gün Polşa sərhədi Avropada ən yaxşı qorunan sərhəddir”.

 

Qeyd edək ki, 2021-ci ilin noyabrında Belarusla sərhəddə miqrasiya böhranı yaranıb. 2 minə yaxın qeyri-qanuni miqrant Polşaya zorla daxil olmağa çalışıb. 

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir