Modern.az

Avropa liderləri \"Şimal axını\" ilə bağlı görüş keçirəcək

Avropa liderləri \

1 Oktyabr 2022, 23:57

Avropa İttifaqına üzv ölkələrin liderləri gələn həftə görüşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün "Twitter" hesabında məlumat yayıb.

 

O qeyd edib ki, Aİ liderləri kritik infrastrukturlarının təhlükəsizliyini müzakirə edəcəklər.

 

“Şimal axını” boru kəmərlərində törədilən təxribat Aİ üçün təhlükədir. Biz ən vacib infrastrukturumuzu qorumaqda qərarlıyıq. Liderlər bu məsələni Praqada keçiriləcək sammitdə müzakirə edəcəklər”, - Mişel yazıb.

 

Aİ liderlərinin oktyabrın 7-də Çexiyanın paytaxtında görüşü planlaşdırılır.

 

 Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi