Modern.az

9 ölkə Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir 

9 ölkə Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir 

2 Oktyabr 2022, 19:33

Çexiya, Estoniya, Latviya, Litva, Şimali Makedoniya, Monteneqro, Polşa, Rumıniya və Slovakiya prezidentləri Ukrayna ərazilərinin Rusiyaya tərəfindən ilhaqı ilə bağlı müraciət yayıblar.

 

Modern.az xəbər verir ki, bəyanat Polşa prezidentinin saytında dərc olunub.

 

9 ölkənin prezidenti 2008-ci ildə Buxarestdə keçirilən NATO sammitində qəbul edilən Ukraynanın təşkilata üzvlüyü ilə bağlı qərarı xatırladıb. Prezidentlər Ukraynanın təşkilata üzvlüyünü dəstəkləyiblər.

 

Qeyd edək ki, sentyabrın 30-da Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin NATO-ya sürətləndirilmiş üzvlüyü ilə bağlı ərizəni imzalayıb.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu