Modern.az

Slovakiya Ukraynaya 16 ədəd artilleriya qurğusu verəcək 

Slovakiya Ukraynaya 16 ədəd artilleriya qurğusu verəcək 

Dünya

2 Oktyabr 2022, 22:41

Slovakiyanın “Konstrukta-Defence” şirkəti Ukraynanın sifarişi ilə 16 ədəd “Zuzana 2” özüyeriyən artilleriya qurğusu istehsal edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Naqi məlumat verib.

 

Artilleriya qoşunlarının istehsalını Almaniya, Danimarka və Norveç maliyyələşdirəcək. Layihənin dəyəri 92 milyon avrodur.

 

"Ukraynanın öz ölkəsini və insanların həyatını qorumaq üçün bizim köməyimizə ehtiyacı var, ona görə də biz beynəlxalq səviyyədə ona effektiv və səmərəli dəstək göstərmək üçün bütün imkanlardan istifadə etməyə çalışırıq", - Slovakiyanın müdafiə naziri deyib.

 

Qeyd edək ki, Slovakiya Ukraynaya artıq 4 ədəd bu artilleriya sistemindən verib.

 

Akif İsmayılov 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir