Modern.az

ABŞ və Ukrayna generalları telefonla danışdı 

ABŞ və Ukrayna generalları telefonla danışdı 

Dünya

2 Oktyabr 2022, 23:43

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Valeri Zalujnı və ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Zalujnı özünün "Facebook" səhifəsində yazıb.

 

Onlar Ukraynanın Müdafiə Qüvvələrinin silahla təmin edilməsi məsələlərini müzakirə edib.

 

"Biz Rusiyanın silahlı təcavüzünün dəf edilməsində Ukrayna Müdafiə Qüvvələrinin ehtiyaclarının ödənilməsi məsələlərini müzakirə etdik", - Zalujnı bildirib.

 

O, əlavə edib ki, bütün Amerika xalqına bu çətin anlarda Ukraynaya ardıcıl və sarsılmaz dəstəyə görə minnətdardır.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü