Modern.az

Rusiyadan Moldovaya qaz hədəsi

Rusiyadan Moldovaya qaz hədəsi

3 Oktyabr 2022, 10:02

"Qazprom" Moldova hökuməti ilə təbii qaz müqaviləsini istənilən vaxt ləğv edə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın "Qazprom" şirkəti rəsmi məlumat yayıb. 

 

Şirkətin yaydığı məlumatda Moldovanın təbii qaz ödənişləri ilə bağlı öhdəliklərini yerinə yetirmədiyi bildirilib: 

 

“Moldova tərəfi tədarük olunan qazın ödəniş şərtləri ilə bağlı müqavilə müddəalarını mütəmadi olaraq pozur. Eyni zamanda, əvvəlki illərdə verilən borcların ödənilməsi ilə bağlı hələ də müqavilə imzalamayıb. Ona görə də "Qazprom" istənilən vaxt hazırkı müqaviləni ləğv etmək hüququna malikdir”.

 

Bundan öncə Moldova baş nazirinin müavini Andrey Spinu "Qazprom"un Moldovaya gündə 8 milyon kubmetr əvəzinə 5,7 milyon kubmetr təbii qaz göndərdiyini bildirib. O, qeyd edib ki, Moldovanın daha çox qaza ehtiyacı var.

 

Xatırladaq ki, Moldovada bu ilin yanvarında kifayət qədər təbii qaz təchizatının olmaması səbəbindən fövqəladə vəziyyət elan edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı