Modern.az

Ukraynada 239 uşaq itkin düşüb

Ukraynada 239 uşaq itkin düşüb

Dünya

3 Oktyabr 2022, 13:52

Ukraynada Rusiya Federasiyası ilə genişmiqyaslı müharibə başlayandan 3 oktyabr tarixinə qədər 239 uşaq itkin düşmüş hesab olunur.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Ombudsman Aparatının mətbuat xidməti “Facebook”da məlumat yayıb.

 

"Müharibə uşaqları" axtarışı üzrə dövlət portalının 2022-ci il oktyabrın 3-nə olan məlumatına görə: 239 nəfər itkin düşüb, 7894 nəfər deportasiya edilib, 6252 nəfər tapılıb, 59 nəfər geri qaytarılıb.

 

Qeyd edək ki, bundan əvvəl Ukrayna Baş Prokurorluğu rus əsgərlərinin 416 ukraynalı uşağı öldürdüyünü bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı