Modern.az

Çexiya vətəndaşlarını Rusiyadan çıxarır

Çexiya vətəndaşlarını Rusiyadan çıxarır

Dünya

3 Oktyabr 2022, 16:18

Çexiya öz vətəndaşlarını Rusiya ərazisini tərk etməyə və bu ölkəyə səfərdən çəkinməyə çağırıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda bildirilir.

 

“Rusiya Federasiyasının Ukraynaya davam edən hərbi müdaxiləsi və Rusiya Federasiyasında ilk növbədə Avropa İttifaqı və NATO ölkələrinin vətəndaşları üçün təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq, Çexiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiya Federasiyasına səfər etməkdən çəkinməyi tövsiyə edir, vətəndaşlarını Rusiya ərazisini tərk etməyə çağırır", - deyə bəyanatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı