Modern.az

KTMT Rusiyanı müharibə meydanında tək qoydu

KTMT Rusiyanı müharibə meydanında tək qoydu

3 Oktyabr 2022, 17:14

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələr Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etməyəcəklər. Çünki bu, təşkilatın məsuliyyət sahəsinə daxil deyil.

 

Modern.az xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.

 

Onun sözlərinə görə, Qazaxıstan beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyü, onların suverenliyi və dinc mövcudluğu prinsiplərindən çıxış edir. 

 

Bu mənada Aybek Smadiyarov KTMT ölkələrinin Ukraynaya qarşı vuruşmayacağını bəyan edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir