Modern.az

Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik - İran XİN

Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik - İran XİN

3 Oktyabr 2022, 18:10

İran ölkələrin ərazi bütövlüyü prinsipinə və BMT Nizamnaməsinin prinsiplərinə hörmət edilməsinin zəruriliyini vurğulayır.

 

Modern.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bugünkü mətbuat konfransında deyib.

 

O qeyd edib ki, rəsmi Tehran Ukraynadakı müharibənin sülh yolu ilə həlli üçün göstərilən bütün səyləri dəstəkləyir, bu prosesə kömək və yardım etməyə həmişə hazırdır.

 

Kənani, həmçinin bildirib ki, İran Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir