Modern.az

Almaniya ərəblərə silah satışını bərpa etdi 

Almaniya ərəblərə silah satışını bərpa etdi 

Dünya

4 Oktyabr 2022, 00:50

Almaniya hökuməti Səudiyyə Ərəbistanına silah satışını bərpa edib. 

 

Modern.az Almaniyanın DPA agentliyinə istinadən xəbər verir ki, rəsmi Berlin 2018-ci ildən bəri ilk dəfə Səudiyyə Ərəbistanına silah ixracına icazə verib.

 

Məlumata görə, silah satışı kansler Olaf Şoltsun keçən həftə sonu bölgəyə səfərindən əvvəl təsdiqlənib.

 

"Der Spiegel" nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanı "Eurofighter" və "Tornado" qırıcıları üçün 36 milyon avro dəyərində avadanlıq və sursat alacaq. Ər-Riyad, həmçinin "Airbus A330" təyyarələri üçün 2,8 milyon avro dəyərində ehtiyat hissələri tədarük edəcək.

 

Almaniyanın Səudiyyə Ərəbistanına silah satışı 2012-ci ildə 1,24 milyard avroya çatıb. Lakin Berlin Yəməndəki müharibədə iştirak etdiyinə və jurnalist Camal Qaşıqçının öldürülməsinə görə Ər-Riyada silah ixracını qadağan etmişdi.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı