Modern.az

Bu ölkə Rusiyanın keçirdiyi \"referendum\"u DƏSTƏKLƏDİ

Bu ölkə Rusiyanın keçirdiyi \

4 Oktyabr 2022, 09:56

Şimali Koreya rəhbərliyi Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən “referendum”ların nəticələrini dəstəkləyib.

 

Modern.az Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Şimali Koreya XİN-in Beynəlxalq Təşkilatlar Departamentinin rəhbəri Ço Çxol Su açıqlayıb.

 

“Rusiya ilə birləşməyi arzulayan insanların iradəsinə hörmət edirik və Rusiyanın bu bölgələri ölkənin bir hissəsi etməklə bağlı mövqeyini dəstəkləyirik”, - deyə Su qeyd edib.

 

Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib. Sentyabrın 30-u isə Kremldə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə sözügedən 4 vilayətin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələr imzalanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır