Modern.az

Rafael Qrossi Metsamora baş çəkdi

Rafael Qrossi Metsamora baş çəkdi

Dünya

4 Oktyabr 2022, 18:29

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Ermənistana səfəri çərçivəsində Metsamor Atom Elektrik Stansiyasında (AES) olub.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında məlumat yayıb.

 

İrəvanın 36 kilometr qərbində yerləşən Metsamor AES-in istehsal etdiyi enerji Ermənistanın elektrik ehtiyacının 40 faizindən çoxunu təşkil edir. Metsamor şəhəri yaxınlığındakı stansiya Türkiyə sərhəddindən 17.5 km, İran sərhəddindən 60 km, Azərbaycan sərhəddindən isə 75 km məsafədə yerləşir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı