Modern.az

Putin Tacikistan liderini təltif etdi 

Putin Tacikistan liderini təltif etdi 

4 Oktyabr 2022, 21:12

Rusiya Prezidenti Vladimir Putin Tacikistan lideri Emoməli Rəhmonu üçüncü dərəcəli "Vətənə xidmətə" görə ordeni ilə təltif edib.

 

Modern.az xəbər verir ki, bu barədə Putin sərəncam imzalayıb.

 

Rəhmon Rusiya Federasiyası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə, habelə regional sabitliyin və təhlükəsizliyin təmin edilməsinə töhfə verdiyinə görə təltif edilib.

 

Qeyd edək ki, Tacikistan prezidenti sentyabrın 1-də 2023-cü ili ölkədə "Rus dili ili" elan edib. Sabah, oktyabrın 5-də Rəhmonun 70 yaşı tamam olur.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı