Modern.az

“Bizim adımızdan azərbaycanlı qardaşlarımız danışır- Şentop

“Bizim adımızdan azərbaycanlı qardaşlarımız danışır” - Şentop

4 Oktyabr 2022, 23:22

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Malayziyanın paytaxtı Kuala Lumpura səfər edib.

 

Modern.az xəbər verir ki, o, səfər çərçivəsində Yunus Əmrə İnstitutunda olub.

 

Görüşdə Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov da iştirak edib.

 

Şentop çıxışı zamanı “bir millət, iki dövlət” sözünün sadəcə şüar olmadığını vurğulayıb. 

 

"Bütün dünyada Türkiyənin olmadığı platformalarda bizim adımızdan azərbaycanlı qardaşlarımız danışır. Burada iki səfirimiz var. Çətin bir dövr keçirmişik. Planladığımız məsələlərdə nəticə alacağıq. Çoxları məsələni Qarabağ məsələsi kimi bilir, amma Qarabağı bir kənara qoyun. Ərazi işğal altında idi. Minsk Qrupu oradakı dalana dirənmiş münaqişənin davam etməsini istəyirdi. ABŞ Nümayəndələr Palatasının sədri Pelosi Ermənistana səfər edib. Harada böhranlı bölgə, qanamağa hazır yara varsa, Pelosi ora gedir. ABŞ Nümayəndələr Palatasının sədri 28 ildir orda deyil. Problem həll olundu, indi o, dəstək üçün ora gedir. Biz regionda sülhü və sabitliyi müdafiə edirik. Qarşı tərəf də yaxşı niyyət göstərməlidir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu