Blinken, Bayramov və Mirzoyan sülh müqaviləsindən danışdılar

Blinken, Bayramov və Mirzoyan sülh müqaviləsindən danışdılar

4 Oktyabr 2022, 23:34

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan tərəfi məlumat yayıb.

 

Bildirilir ki, telefon danışığı oktyabrın 4-də Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

 

Tərəflər oktyabrın 2-də Cenevrədə keçirilən görüşlə bağlı və Ermənistan-Azərbaycan sülh müqaviləsi barədə fikir mübadiləsi aparıblar.

 

Nazirlər Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin bərqərar edilməsinə yönəlmiş müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı