Modern.az

Qrossi Moskva və Kiyevə səfər edəcək 

Qrossi Moskva və Kiyevə səfər edəcək 

4 Oktyabr 2022, 23:55

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bu həftə Moskva və Kiyevə səfər etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Agentliyin mətbuat xidməti məlumat yayıb.

 

Səfər zamanı o, Zaporojye Atom Elektrik Stansiyası barədə müzakirələr aparacaq.

 

“Qrossi mümkün qədər tezliklə Zaporojye ətrafında nüvə təhlükəsizliyi və mühafizə zonasının razılaşdırılması və yaradılmasına yönəlmiş məsləhətləşmələri davam etdirmək üçün bu həftənin sonunda Kiyevə, oradan isə Moskvaya gedəcək”, - deyə açıqlamada bildirilib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir