Modern.az

Rusiya yenə dinc sakinləri vurdu - Ölənlər var

Rusiya yenə dinc sakinləri vurdu - Ölənlər var

Dünya

5 Oktyabr 2022, 13:00

Ötən sutka ərzində Rusiya ordusu Ukraynada daha 5 dinc sakini öldürüb, 14 nəfəri isə yaralayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenko "Telegram" kanalında paylaşım edib.

 

"Rusiya Federasiyası Silahlı Qüvvələrinin aqressiv hücumları nəticəsində Donetsk vilayətində 5 nəfər ölüb, 6 nəfər yaralanıb, Zaporojye vilayətində isə 4 nəfər yaralanıb. Xarkov və Xerson vilayətlərindəndə də yaralananlar olub. Belə ki, Xarkovda 3, Xersonda isə 1 nəfər yaralanıb", - deyə Timoşenko vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar