Modern.az

Zelenski və Stoltenberq danışıqlar apardı 

Zelenski və Stoltenberq danışıqlar apardı 

Dünya

5 Oktyabr 2022, 22:41

Ukrayna Prezidenti Volodimir Zelenski ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, tərəflər Ukraynanın NATO-ya daxil olması ilə bağlı prosesi müzakirə ediblər.

 

"Strateji tərəfdaşlarımızla daimi təmasdayıq. NATO-nun baş katibi ilə telefon danışığım olub. Biz Ukraynanın Avro-Atlantik inteqrasiyası istiqamətində gələcək addımları əlaqələndirdik", - Zelenski bildirib.

 

Stoltenberq də öz növbəsində qeyd edib ki, Rusiya Ukraynada müharibəni dayandırmalıdır. Onun sözlərinə görə, NATO lazım olduğu müddətdə zərər çəkmiş dövlətə dəstəyi gücləndirməkdə davam edəcək.

 

Akif İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir