Uqanda prezidentinin oğlu Muhuzi Kaibinrugaba paylaşdığı qəribə tvitlə gündəmə gəlib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, atdığı tvitdə İtaliyanın yeni baş naziri olmağa hazırlaşan xanım Giorgia Meloniyə 100 inək əvəzində evlənmə təklifi edib. Əlavə olaraq qeyd edib ki, nikahın təşkilini Uqandanın İtaliyadakı səfiri Mali Matsantiyə həvalə edib.
Daha sonra tez sildiyi tvitində Kainerugaba hətta İtaliyanı işğal etməklə hədələyib.
Uqanda prezidenti Yoveri Museveni İtaliyada yayılan və Uqandada sərt reaksiyaya səbəb olan tvitlərindən sonra oğlunu vəzifəsindən azad edib.