Modern.az

Ukrayna İran PUA-larının 60%-ni vurub

Ukrayna İran PUA-larının 60%-ni vurub

Dünya

6 Oktyabr 2022, 19:56

Ukrayna ordusu Rusiyanın istifadə etdiyi İran istehsalı pilotsuz uçuş aparatlarının 60%-ni vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov bildirib.

 

Onun sözlərinə görə, Rusiya İrandan alınan 86 ədəd PUA-dan istifadə edib.

 

"PUA-ların 60%-i vurulub. Biz düşmən PUA-larının texniki xüsusiyyətlərini nəzərə alaraq hava hücumundan müdafiə sistemimizi təkmilləşdirəcəyik”, - Qromov deyib.

 

Xatırladaq ki, “The Washington Post” nəşri avqust ayında Rusiyanın İrandan PUA-ların ilk partiyasını aldığını yazmışdı. Sentyabrda Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat rusiyalıların Ukraynaya qarşı müharibədə İran pilotsuz uçuş aparatlarından istifadə etdiyini təsdiqləyib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...