Modern.az

Putin yaxın ətrafı ilə niyə mübahisə edib? - Kreml CAVAB VERDİ

Putin yaxın ətrafı ilə niyə mübahisə edib? - Kreml CAVAB VERDİ

Dünya

7 Oktyabr 2022, 14:56

Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsində Ukraynada aparılan xüsusi hərbi əməliyyatla bağlı müzakirələr gedir, lakin bütün mübahisələr iş prosesinin bir hissəsidir.

Modern.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov “Vaşinqton Post” jurnalistlərinin Rusiya Prezidentinin Administrasiyasında iddia edilən parçalanma ilə bağlı sualını cavablandırarkən deyib.


Onun sözlərinə görə, dövlət başçısı qismən səfərbərlik elan etmək kimi əsas qərarlar qəbul etməli idi.

“Belə məqamlarla bağlı fikir ayrılıqları olur. Bəziləri düşünür ki, biz fərqli davranmalıyıq, lakin bu, normal iş axınının bir hissəsidir”, - Peskov bildirib.


O, həmçinin qeyd edib ki, Rusiya hakimiyyəti arasında iqtisadiyyat, təhsil, xüsusi əməliyyatla bağlı mübahisələr və müzakirələr hər hansı parçalanma əlaməti deyil.

Nəşrin prezidentin yaxın çevrəsindən olan bir şəxsin onun qərarları ilə razılaşmadığını açıq şəkildə bəyan etməsi barədə məlumatı Peskov tamamilə yalan adlandırıb.


Bundan əvvəl Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun Rusiya Müdafiə Nazirliyini tənqid etməsinə münasibət bildirib. Onun sözlərinə görə, region rəhbəri Ukraynada keçirilən xüsusi əməliyyata böyük töhfə verib və öz mövqeyini ifadə etmək, qiymət vermək hüququna malikdir. Peskovun sözlərinə görə, çətin anlarda Rusiya regionlarının rəhbərləri öz qiymətləndirmələrində emosiyaları istisna etməlidirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı