Modern.az

Avstriyada seçkilər - Hazırkı prezident qalib gəldi

Avstriyada seçkilər - Hazırkı prezident qalib gəldi

9 Oktyabr 2022, 20:15

Avstriyanın hazırkı dövlət başçısı Aleksandrr Van der Bellen prezident seçkilərində 50%-dən çox səs toplayıb və ikinci müddətə yenidən seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi "exit-poll"lara istinadən məlumat yayıb.

 

SORA adlı təşkilatın sorğusu göstərir ki, Van der Bellen 54,6% səs toplayıb.

 

Onun rəqibi ifrat sağçı, Azadlıq Partiyasının namizədi Valter Rosenkrantz 18,9% səs yığıb. Prezident postu uğrunda daha beş namizəd mübarizə aparıb.

 

Qeyd edək ki, Alexander Van der Bellen 2017-ci ildən prezident vəzifəsini icra edir. Avstriya parlament respublikası olsa da, prezident xalq tərəfindən seçilir. Prezidentin vəzifə müddəti altı ildir.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi