Modern.az

Polşa vətəndaşlarını Belarusu tərk etməyə çağırdı

Polşa vətəndaşlarını Belarusu tərk etməyə çağırdı

Dünya

10 Oktyabr 2022, 21:12

Polşa hökuməti ölkə vətəndaşlarını Belarusu təcili tərk etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən məlumat verilib.

 

Rəsmi Varşava xəbərdarlıq edib ki, iki dövlət arasında münasibətlər getdikcə gərginləşdiyi üçün Belarusdakı Polşa vətəndaşları ölkəni tərk etməlidir.

 

Bu gün Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkədə terror aktları törətmək üçün Polşa, Litva və Ukraynada silahlılar hazırlanır. Onun sözlərinə görə, Polşa ABŞ-dan nüvə silahı saxlamağı xahiş edir və Polşa qoşunları “iki-üç saat ərzində” Belarusla sərhədə yaxınlaşa bilər.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi