Modern.az

Roma Papası BMT-ni islahatlara çağırdı 

Roma Papası BMT-ni islahatlara çağırdı 

16 Oktyabr 2022, 19:23

Roma Papası Fransisk beynəlxalq təşkilatları islahatlara çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, yeni kitabında yazıb.

 

Papa xüsusilə BMT-də islahatların zəruriliyini vurğulayıb.

 

"Qlobal səviyyədə sülh və təhlükəsizlik haqqında danışarkən ağlımıza gələn ilk təşkilat Birləşmiş Millətlər Təşkilatı və xüsusilə onun Təhlükəsizlik Şurasıdır", - deyə Papa bildirib.

 

Qeyd edək ki, Papanın sözügedən kitabı oktyabrın 18-də işıq üzü görəcək.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI