Modern.az

Mirzoyan sərhəd missiyasının nümayəndələri ilə görüşdü

Mirzoyan sərhəd missiyasının nümayəndələri ilə görüşdü

Dünya

17 Oktyabr 2022, 18:25

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Avropa İttifaqının (Aİ) texniki qrupunun nümayəndələri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Görüşdə Azərbaycanla sərhəddə yerləşdiriləcək monitorinq missiyasının işi, onların harada fəaliyyət göstərəcəkləri və digər detallar müzakirə edilib.

 

Qeyd edək ki, Aİ-nin mülki missiyası ilə bağlı razılıq Praqada baş tutan dördtərəfli görüş zamanı qəbul edilib. Missiya bu gün Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü zamanı təsdiqlənib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi