Modern.az

Qazaxıstanın Kiyevdəki səfirliyinin işçiləri təxliyə edilib

Qazaxıstanın Kiyevdəki səfirliyinin işçiləri təxliyə edilib

Dünya

20 Oktyabr 2022, 19:43

Qazaxıstanın Ukraynadakı səfirliyinin əməkdaşlarının əksəriyyəti Varşavaya köçürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi bildirib. 

 

Onun sözlərinə görə, səfirlik hələlik tam boşaldılmayıb.

 

“Təbii ki, Ukraynadakı mövcud vəziyyətdə biz diplomatik əməkdaşlarımızın həyatını və təhlükəsizliyini riskə ata bilmərik. Ona görə də indi işçilərin yerdəyişməsi məsələsi var. Diplomatların əksəriyyəti indi Varşavaya köçürülüb, səfirlik Varşavadan fəaliyyət göstərir”, - deyə Tleuberdi bildirib.

 

Xarici işlər naziri qeyd edib ki, Kiyevdə konsul qalır və o, hər gün Ukraynadakı Qazaxıstan vətəndaşlarını qəbul edir. Tleuberdi onu da bildirib ki, konsulluğun hesablamalarına görə, hazırda Ukrayna ərazisində 200-ə yaxın Qazaxıstan vətəndaşı ola bilər. 

 

Qeyd edək ki, oktyabrın 10-da Qazaxıstan öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI